Ulduz falı: 14 may, 2023-cü il

QOÇ bürcü




Qoçları bu həftə insanlarla yaxın münasibətlər, maraqlı və faydalı tanışlıqlar gözləyir. Lakin sosial şəbəkələr üzərindən tanışlıqdan çəkinin: aldanma riski ilə qarşılaşa bilərsiniz. Ailə həyatı qurmaq kimi mühüm addım atmaq üçün yaxşı həftə deyil: münasibətdə olanlar arasında mübahisə düşə bilər. Əlavə gəlir qazanmaq üçün şansınız olacaq: keçmiş iş yoldaşınız tərəfindən təklif gələ bilər. Uğurlu günləriniz 18, 20 may, uğursuz gününüz isə 16 maydır.

BUĞA bürcü

Əgər vacib işiniz varsa, bunu reallaşdırmaq üçün ən yaxşı dövr bu həftədir. Həftənin ilk günlərində müqavilələr imzalamaq, bahalı alış-veriş etmək məsləhət görülmür: həyata keçirilən layihələrin sizə baha başa gəlməsi ehtimalı yüksəkdir. Şəxsi həyatınızda olan problemlər tezliklə həll olunmağa başlayacaq: nəhayət, subay Buğa ikinci yarısı ilə rastlaşacaq. Uğurlu günləriniz 15, 17 may, uğursuz gününüz isə 19 maydır.

ƏKİZLƏR bürcü

Təşəbbüskar olun, çünki bu həftə uğur məqsədinizə çatmaq üçün daim sizi izləyəcək. İntuisiyanıza daha çox güvənin: bir neçə insanın maskası düşəcək və kimin dost, kimin düşmən olduğunu aydın şəkildə seçə biləcəksiniz. Əlavə gəlir əldə etmək üçün əlinizdən gələni edin: peşəkar keyfiyyətlərinizi təkmilləşdirməyə çalışın. Xoş xəbərlər uzaqdan gələ bilər: xaricdə oxumaq və ya işləmək şansı qazana bilərsiniz. Uğurlu günləriniz 16, 20 may, uğursuz gününüz isə 21 maydır.

XƏRÇƏNG bürcü

Bu həftə sizi çoxlu xoş tanışlıqlar və maraqlı hadisələr gözləyir: subaylar bu tanışlıqlardan faydalana bilərlər, bəlkə də, ikinci yarınızla qarşılaşacaqsınız. Ümumiyyətlə, sizin üçün uğurlu dövr başlayır: nə etsəniz, nəticədən məmnun qalacaqsınız. Əgər kiminləsə küsülü qalmısınızsa, barışmaq üçün ilk addımı özünüz atın. Həftəsonu sizin haqqınızda dedi-qodu edəcəklər: şayiələrə əhəmiyyət verməyin, onlar sizə sadəcə paxıllıq edirlər. Uğurlu günləriniz 15, 21 may, uğursuz gününüz isə 17 maydır.

ŞİR bürcü

Bu həftə bəxtiniz gətirəcək: xərcləriniz az, əlavə gəliriniz çox olacaq. Sizi qıcıqlandırmaq, özünüzdən çıxarmaq istəyənlər olacaq, odur ki, səbrli olun və heç bir reaksiya verməyin, yoxsa sizin cavabınız əleyhinizə işləyəcək. Həftəsonu borc istəyənlər olacaq: pul versəniz, bir daha onu görməyəcəksiniz. Nişan, toy etmək istəyənlərə uzatmamaq məsləhət görülür, çünki sevənlərin arasına girmək, münasibətlərini korlamaq istəyənlər ola bilər. Uğurlu günləriniz 20, 21 may, uğursuz gününüz isə 15 maydır.

QIZ bürcü

Uzun müddətdir davam edən problemin həllinin bir ucu sizin əlinizdə olacaq: o ucdan “dartsanız”, çox düyünləri açacaqsınız. Çoxdan gözlənilən pullar cibinizə gələcək: uğurlu layihə və ya təklif gözləyin. Faydalı ola biləcək nüfuzlu tanışlarla münasibətlərinizi yaxşılaşdırın: bu, sizin karyera nərdivanı ilə qalxmağınızda vacib bir addım olacaq. Nəhayət ki, borc verdiyiniz insan sizin ona etdiyiniz yaxşılığı xatırlayacaq və pullarınızı geri qaytaracaq. Uğurlu günləriniz 16, 17 may, uğursuz gününüz isə 18 maydır.

TƏRƏZİ bürcü

Bu həftə şans sizin tərəfinizdə olacaq, odur ki, hər şeyi sınamaqdan çəkinməyin. Şəxsi həyatda yenidən sevgi qığılcımı yarana bilər: ətrafınıza baxın, bəlkə də, sizi gizli sevən bir nəfər var, sadəcə öz hissini bildirməyə qorxur. Həftəsonunu tamamilə özünüzə həsr etsəniz, növbəti günlər daha məhsuldar olacaq. Rəhbərlik tərəfindən mükafatlandırıla bilərsiniz: bu, maaş artımı və ya əlavə bonuslar ola bilər. Uğurlu günləriniz 19, 21 may, uğursuz gününüz isə 16 maydır.

ƏQRƏB bürcü

Həftənin əvvəlində qarşıya qoyduğunuz məqsədə doğru getsəniz, ona asanlıqla və tez çatacaqsınız. Bazar ertəsi və ya çərşənbə axşamı rəhbərliklə maaş artımını müzakirə etmək fürsətiniz olacaq, bundan yararlanmağa çalışın. Bu dövrdə yeni biliklər əldə edin: bu kompüter, dil kursları ola bilər. Bu biliklər gələcəkdə gəlirli işə girmək və ya yeni vəzifəyə təyin olunmaq üçün lazım olacaq. Ətrafınıza baxın, görün, sizə paxıllıq edən nə gədər insan var. Onları özünüzdən uzaqlaşdırın, yoxsa baş qaldırıb sizə qarşı olacaqlar. Uğurlu günləriniz 15, 16 maydır, uğursuz gününüz gözlənilmir.

OXATAN bürcü

Həftəniz şən əhvali-ruhiyyədə keçəcək: qarşılaşdığınız problemlərə asanlıqla çarə tapıb, onları tez bir zamanda həll edə biləcəksiniz. Bu dövrdə maddi problemlər sizi narahat etməyəcək, əksinə, gəlirinizi artırmaq şansınız olacaq. Şənbə və bazar günlərini sevgilinizə həsr edin: bir yerdə istirahət sizin münasibətlərinizi daha da möhkəmlədəcək. Qohumlarınız sizi sevindirəcək: yaxın zamanda xeyir iş olacaq. Uğurlu günləriniz 19, 21 may, uğursuz gününüz isə 15 maydır.

OĞLAQ bürcü

Şəxsi həyatınızda istənilən sürprizə hazır olun: heç vaxt ağlınızdan keçirmədiyiniz insana aşiq ola bilərsiniz və ya ondan sevgi etirafı ala bilərsiniz. Ümumiyyətlə, bu günlər sevgidən sərxoş olub romantik anlar yaşayacaqsınız. Həftəsonu tanımadığınız insanlarla əlaqə qurmayın: fırıldaqçılar tərəfindən aldadıla bilərsiniz. Çoxdan arzu etdiyiniz layihəni həyata keçirmək şansınız olacaq: uğur sizi təqib edəcək. Uğurlu günləriniz 15, 17 may, uğursuz gününüz isə 19 maydır.

DOLÇA bürcü

Bu cümə siz son qərar və ya seçim etmək məcburiyyətində qalacaqsınız: məsləhət görülür ki, yeni təcrübələrə əl atmayın, köhnə, ənənəvi üsula əməl edin. Yeni tanışlıqlar üçün ən sərfəli həftədir: subay Dolçalar həyat yoldaşını tapa bilərlər. Maliyyə məsələlərinə diqqət etmək məsləhət görülür: bədxərc olmayın, balışınızın altına bir-iki manat qoyun, çünki yaxın zamanda şəxsi biznes açmaq üçün imkan yaranacaq. Uğurlu günləriniz 15, 17 maydır, uğursuz gününüz gözlənilmir.

BALIQLAR bürcü

Bu həftə ulduzlar Balıq bürcünə qarşıya yüksək hədəflər qoymağı və onlara doğru qətiyyətli addımlar atmağı məsləhət görür. Çünki bu günlər karyera yüksəlişi və hədəflərə çatmaq üçün çox əlverişlidir: baş verən hadisələrin çoxu sizin xeyrinizə həll olunacaq. Şübhəli şəxslərdən və maliyyə hiylələrindən uzaq durun. Həftənin ikinci yarısı sevgi macəraları ilə dolu olacaq: pərəstişkarlarınız artacaq. Qapınıza elçilərin gəlməsi və ya evlilik təklifi istisna edilmir. Uğurlu günləriniz 19, 20 may, uğursuz gününüz 16 maydır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}