Türkiyə və Ermənistan XİN başçıları münasibətlərin nizamlanmasını müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı aparıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri diplomatik mənbələrə istinadən məlumat yayıb. Telefon danışığı zamanı Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsi müzakirə olunub. Nazirlər, həmçinin regional məsələləri də müzakirə ediblər.
Xəbəri paylaş
Facebook-da paylaş