Aleksandr de Kroo: “Brüsselin Kiyevə təhvil verdiyi F-16 qırıcıları yalnız Ukrayna ərazisində istifadə oluna bilər”.
“Brüsselin Kiyevə təhvil verdiyi F-16 qırıcıları yalnız Ukrayna ərazisində istifadə oluna bilər”. Şəffaflıq.az xəbər verir ki, bunu ABŞ-a səfəri zamanı Belçikanın baş naziri Aleksandr de Kroo deyib. “Müqavilə çox aydındır. Söhbət ukraynalıların Ukrayna ərazisində istifadə edə biləcəyi döyüş təyyarələrindən gedir. Bu, bağlandığımız müqavilənin şərtidir və mən ona riayət etmək istəyirəm”, - Kroo vurğulayıb. Baş nazir qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə imzalanan və 2028-ci ilin sonuna qədər Belçika tərəfindən 30 ədəd F-16-nın təhvil verilməsini özündə ehtiva edən saziş krallığı Ukrayna Hərbi Hava Qüvvələrinə ən böyük qırıcı təyyarə tədarükçüsü edir.
Facebook-da paylaş