Prezident İlham Əliyev “Rossiya-24” kanalına müsahibə verib -

 
 "Ölkəmiz üçün uğurlu il oldu. Azərbaycan uğurla inkişaf etdi. Əsas tərəfdaşlarımızla, ilk növbədə qonşu dövlətlərlə tarixi əlaqələrimizi möhkəmləndirdik''.
 "Rossiya-24" kanalının "Mnenie" proqramı üçün müsahibə verən Prezident İlham Əliyev səsləndirib.
 
Dövlət başçısı vurğulayıb ki, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalandı. Çoxlu ikitərəfli görüşlər keçirildi. Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin səviyyəsində beynəlxalq forum keçirildi.
''Növbəti ildə isə sammit keçiriləcək və Azərbaycan bu beynəlxalq təşkilata rəhbərlik edəcək''-deyə Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısı, 2018-ci ildə Azərbaycanın qazandığı iqtisadi uğurlardan da söz açıb.
Rusiya-Azərbaycan münasibətlərindən də danışan dövlət başçısı il ərzində rusiyalı həmkarı Vladimir Putinlə keçirilən 6 görüşün məhsuldar olduğunu vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması və birgə istehsal müəssisələrinin yaradılması üçün sərmayədarlara güzəştli şərait yaradılır.
Prezident İlham Əliyev qeyd edib ki, dünyanın enerji xəritəsində artıq Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı yaranıb və bu format həm ikitərəfli, həm də üçtərəfli planda çox böyük perspektivlərə malikdir. Dövlət başçısı bildirib ki, Azərbaycan neft və qaz kəmərlərinin tikintisi planı baxımından enerji layihələrini hələ 2000-ci illərin əvvəllərində həyata keçirməyə başlayıb.
Dövlət başçısı ölkələr arasındakı üçtərəfli əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyi ifadə edib.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}