"Beş min qadınla rus tanklarının qarşısına çıxmışam” - Nuriyevin təhqir etdiyi Xəlilova
“5 min qadınla rus tanklarının qarşısına çıxmışam”.
Şəffaflıq.az unikal.org-a istinadən xəbər verir ki, bu sözləri sabiq millət vəkili Cümşüd Nuriyevin təhqir etdiyi, Xalq Cəbhəsinin dövründə batalyon komandiri olan Xanım Xəlilova deyib.
Xanım Xəlilova hesab edib ki, türk qadını hər zaman qəhraman olur:
“Mən, 1990-cı ildə 5 min qadınla rus tanklarının qarşısına çıxmışam. Çünki, rus qoşunları bizim müstəqilliyimizi yox etmək üçün qarşılarına çıxan hər kəsi öldürürdülər. Türk, azərbaycan kişisi qadını düşmənin önünə buraxmaz. Evdə olan kişilər, bilsələr ki, qadınlar düşmənin qarşısına çıxıb onların heç biri evdə oturmayacaqlar. Mənim rəhbərlik etdiyim qadınlara “Nənəxatun” adı qoymuşdum. Onları belə ruhlandırırdım. Bizə kimin nə deməsindən aslı olmayaraq, bu lazım idi. Biz düşmən qarşısına çıxanda “evdə uşağım, anam, atam var” kimi fikirlər düşünmədik”.
Xanım Xəlilova xatırladıb ki, Əbülfəz Elçibəy dövlət başçısı olanda mənə nazir vəzifəsi təklif etsə də, bundan imtina edib, komandir oldum:
“Biz düşmənlə savaşdıq. Məni bir neçə dəfə ermənilər mühasirəyə aldı. Hətta məni öldürmək üçün başıma pul qoymuşdular”.
Facebook-da paylaş