Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub


Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.

Şəffaflıq.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın heyətində 54 kq çəki dərəcəsində Ömər Aslanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda ukraynalı Maksim Çekinlə üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, bununla da millimiz Avropa birinciliyini 2 qızıl medalla başa vurub. Komandamızın heyətində daha öncə 48 kq-da Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna sahib olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}