Rusiya İstintaq Komitəsi: "Crocus City"də terroru təşkil edənlərlə Ukrayna xüsusi xidmət orqanları arasında əlaqə müəyyənləşdirilib
Rusiyanın Moskva vilayətində “Crocus City Hall”dakı terror aktını təşkil edənlərlə Ukrayna xüsusi xidmət orqanları arasında əlaqənin olduğunu müəyyənləşib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib. "İstintaq artıq terrorçuların əməlləri ilə bağlı əhəmiyyətli məlumatlar əldə edib. Bu məlumatlar onların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsinə işarə edir”, - A. Bastrıkin söyləyib. Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar. Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl terror aktının sponsoru kimi Fransa Prezidenti Emmanuel Makronu göstərib. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də bildirib ki, terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır. O, konsert salonuna hücumun sifarişçisi və sponsorunun tezliklə müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti müstəqil deyil və tamamilə Amerika Birləşmiş Ştatlarının nəzarətindədir.
Facebook-da paylaş