ABŞ məhkəməsi İrana 180 milyonluq cərimə cəzası kəsdi
Şəffaflıq.az xəbər verir ki, ABŞ məhkəməsi “casusluq” ittihamı ilə 18 ay həbsdə qalmış “Vaşinqton Post” müxbiri Jason Rızaiyan üçün İranın 180 milyon dollara yaxın təzminat ödəməsini qərara alıb.
Məhkəmə İranın Rızaiyan ailəsinə dəymiş maddi və mənəvi zərər üçün 150 milyon dollarla yanaşı, onun özünə ayrıca 23,8 milyon dollar, qardaşı Əliyə 2,7 milyon dollar və anası Meriyə isə 3,1 milyon dollar ödəməsini hökm edib.
“Vaşinqton Post” qəzetinin müxbiri Rızaiyan 2014-cü il, iyulun 22-də həyat yoldaşı Yeganə Salihi və bir dostu ilə birlikdə həbs olunmuşdu. Daha sonra həyat yoldaşı ilə dostu azadlığa buraxılsa da, Rızaiyan məhbəsdə saxlanılmışdı.
O dövrün ABŞ prezidenti Bark Obama Tehran hakimiyyətinə çağırış edərək jurnalistin azadlığa buraxılmasını tələb eləmişdi. Obama dövründə imzalanmış nüvə müqaviləsi qüvvəyə mindiyi üçün İrana qarşı sanksiyaların aradan qaldırıldığı 16 yanvar 2016-cı il tarixində ABŞ ilə İran arasında məhkum mübadiləsi çərçivəsində Rızaiyan azadlığa buraxılmışdı.
Facebook-da paylaş