İran prezidentinin qardaşı həbsə göndərildi
Şəffaflıq.az xəbər verir ki, İran prezidenti Həsən Ruhaninin qardaşı və əvvəllər onun müşaviri olmuş Hüseyn Feridun korrupsiya və rüşvətxorluq ittihamı ilə mühakimə edilərək 5 il həbs cəzasına məhkum edilib.
İranın “Tasnim” informasiya agentliyinin məlumatına görə, o, cəzasını çəkmək üçün paytaxt Tehran şəhərindəki həbsxanaya göndərilib.
Ötən ilin may ayında məhkəmə ona 7 illik hbs cəzası vermişdi. Lakin Feridun qərara etiraz edərək apellyasiya məhkəməsinə müraciət eləmişdi. Son olaraq 1 okytabr tarixində məhkəmənin qərarı ilə cəza 5 ilə endirilib.
1989-1997-ci illərdə İranın Kuala Lumpur dövlətindəki səfiri işləmiş H.Feridun prezident Ruhaniyə müxalif qüvvələr tərəfindən korrupsiyada ittiham edilib, xüsusilə də 2017-ci il prezident seçkilərində bu ittihamlar qabardılıb. Həmin il Ferudin qısa müddətə həbs edilsə də, cərimə ödəyərək azadlığa çıxa bilib.
Ruhanini tərəfdarları bu ittihamların siyasi mötivləri olduğunu iddia edirlər.
İran prezidenti Həsən Ruhani 1979-cu ildə İran İslam İnqilabı baş verdikdən sonra əvvəllər “Ferudin” olmuş soyadını dəyişdirərək “Ruhani”, yəni “din adamı” olub.
Facebook-da paylaş