İran Britaniyanın tankerini AZAD ETDİ

 

Şəffaflıq.az xəbər verir ki, İran Britaniyaya məxsus olan “Stena Impero” tankerini azad edib. İran hökuməti bildirib ki, hələlik hüquqi proseduralar tam başa çatmayıb. Gəminin İran sahillərindən yola düşəcəyi dəqiq tarix bildirilmir.

İran hökuməti Hörmüzd boğazında İran İnqilab Keşikçiləri Korpusunun qüvvələri tərəfindən saxlanılan gəmini azad edib. İran hökumətinin təmsilçisi Əli Rabii Britaniya gəmisinin azad edilməsi ilə bağlı hüquqi prosesin hələ davam elədiyini bildirib. Lakin o, neft tankerinin İranı nə zaman tərk edəcəyini açıqlamayaraq deyib: “Tankerin nə zaman yola düşəcəyini hələ dəqiq bilmirik”.

İyulun 19-da İRNA agentliyi bildirmişdi ki, “Stena Impero” tankeri avtomotik tanınma sistemini söndürdüyü və İnqilab Keçikçiləri Korpusunun xəbərdarlıqlarına məhəl qoymadığı üçün saxlanılıb. Keçikçilər Korpusu gəminin saxlanma səbəbinin “beynəlxalq qanunların pozulması” olduğunu bildirmişdi. Gəmi yoxlama aparılması üçün sahilə doğru aparılmışdı. Sonradan İran hakimiyyəti tankeron İranın balıqtutan gəmisi ilə insident törətdiyi üçün saxlanıldığını bəyan eləmişdi.

Sentyabrın əvvəlində İran hakimiyyəti tankerin heyətinin 7 üzvünə (onların arasında bir rusiyalı da var idi) İranı tərk edərək BƏƏ-yə getməyə icazə vermişdi. Bundan sonra gəminin 16 üzvü qalmışdı – bu, dənizə yola çıxacağı təqdirdə gəminin faliyyətinin təmin olunması üçün gərək olan minimal heyətdir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}