Polşa Almaniyadan 850 milyard dollar təzminat istəyir

 


Şəffaflıq.az xəbər verir ki, Polşa II Dünya Müharibəsində faşistlərin qətlə yetirdikləri 800 min polyak üçün 850 milyard dollar təzminat tələb edəcək.

Faşist Almaniyasının 1939-cu ildə Polşaya hücum eləmək istəməsinin üzərindən 80 il keçməsindən sonra Polşada iqtidarda olan Hüquq və Ədalət Partiyası hazırladığı təzminat layihəsini sentyabrın 1-də Almaniya hökumətinə təqdim edəcəyini bildirib. Layihə faşist ordusunun öldürdüyü, 3 milyon nəfəri yəhudi olmaqla, ümumilikdə 5 milyon 800 min Polşa vətəndaşı üçün 850 milyon dollar dəyərində təzminat tələb edir. Ekspertlər Varşavanın rəsmən təzminat tələb eləməsinin Berlin üçün “qırmızı xəttin keçilməsi” olacağını bildirirlər. Almaniya artıq 1991-ci ildə Polşaya 1 milyard 300 min avro məbləğində təzminat ödəmişdi.

Yunanıstan da tələb eləmişdi

Yunan parlamenti ötən ilin aprel ayında səsvermə keçirərək Almaniyadan 290 milyard avro təzminat tələb edən qərarı səs çoxluğu ilə qəbul eləmişdi. Təzminat Almaniyanın I və II Dünya Müharibəsində yunan cəmiyyətinə qarşı törətdiyi cinayətlərə və səbəb olduğu zərərlər üçün tələb edilirdi. Qərarın qəbul edildiyi dövr Avropa İttifaqının Yunanıstana maliyyə yardımını kəsdiyi zamana təsadüf eləmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}