Şamaxıda Şəhid Kamil Səmədovun anım tədbiri keçirilib.-FOTO\VİDEO
Şamaxı rayon birinci Çaylı kənd şəhidlərindən olan Kamil Səmədovun Füzuli rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldiyi gündən 30 il ötür. O daima qəlbimizdə yaşayacaq və heç vaxt unudulmayacaq. Mərasimdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.sonra məzarı ziyarət edilib,onun xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Mərasimdə çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd ediblər. Onlar prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını, onların göstərdikləri şücaətlərə görə qiymətləndirildiyini qeyd ediblər. Şəhidin qardaşı Məhərrəm Səmədov göstərdikləri diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayon rəhbərliyinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Sonra Şamaxı Olimpiya Mərkəzinində Olimpiya İdman Kompleksi və Azərbaycan Taekvondo Federasiyasının Şamaxı rayonunda fəaliyyət göstərən Taekvondo idman klubu, şəhid Kamil Səmədovun şərəfinə yoldaşlıq oyunlasrı keçirib. Yarışın əsas məqsədi İdmançılarımızda vətənpərvərlik ruhunu yüksəltmək,regionlar arasında dostluq münasibətlərini möhkəmlədirmək,bu idman növünü təbliğini daha da yüksəltmək və idmançıların döyüş səviyyələrini artırmaqdan ibarət olmuşdur.Yarışda Şamaxı və Sabir qəsəbəsi taekvondo klubları və bölmələri məşqçi-müəllimlər Alxas Məmmədovun rəhbərliyi ilə aparılıb. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəffaflıq.az.
Azərbaycan Ordusunun əsgəri olan Kamil Səmədov ərazi bütövliyinin azad edilməsi üçün başlanan birinci Qarabağ savaşında şəhid olub.
Şəffaflıq.az xəbər verir ki, anım mərasimində rayon şəhid ailələri, müharibə iştirakçıları, qazilər və ictimayyət nümayəndələri iştirak ediblər.
Səmədov Kamil Səmədpaşa oğlu 07.07.1975-ci ildə Şamaxı qəzasının birinci Çaylı kəndində anadan olmuş,Çaylı kənd orta məktəbi bitirmiş,1994-cü ilin fevral ayının 4 də Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. birinci Çaylı kənd tam orta məktəbi şəhid K,Səmədovun adına verilmişdir. Cəmi 18 il 6 ay 24 gün ömür sürmüş şəhid qardaşımıza Allahdan rəhmət diləyirik, Qəbri nurla dolsun, məkanı cənnət olsun.
Çıxış edənlər şəhid K.Səmədovun göstərdiyi şücaətlərdən, qısa və şərəfli döyüş yollarından, onunla bağlı xatirələrindən danışıblar.
Yekunda yer tutmuş idmançılar diplomlarla təltif edilb.
Baş redaktor:Vahid İsmayılov
Facebook-da paylaş