Şamaxıda Şəhid Kamil Səmədovun anım tədbiri keçirilib.-FOTO
Azərbaycan Ordusunun əsgəri olan Kamil Səmədov ərazi bütövliyinin azad edilməsi üçün başlanan birinci Qarabağ savaşında şəhid olub.
Şəffaflıq.az xəbər verir ki,mərasimində rayon RİH-nin məsul şəxsləri, K.Səmədov adına birinci Çaylı kənd tam orta məktəbin müəllim və şagirdləri şəhid ailələri, müharibə iştirakçıları, qazilər."Qarabağ qaziləri" İB-ın Şamaxı rayon üzrə nümayəndələri, Şəhidin məktəb yoldaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Çıxış edənlər şəhid K.Səmədovun göstərdiyi şücaətlərdən, qısa və şərəfli döyüş yollarından, onunla bağlı xatirələrindən danışıblar. Onlar prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını, onların göstərdikləri şücaətlərə görə qiymətləndirildiyini qeyd ediblər.Şəhid atası Səmədpaşa Şəmədov göstərdikləri diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayon rəhbərliyinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Doğma kəndimiz Çaylinin igid şəhidlərindən biri dəyərlə andığımız Kamil Səmədovun Füzuli rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldiyi gündən 28 il ötür.O daima qəlbimizdə yaşayacaq və heç vaxt unudulmayacaq.
Səmədov Kamil Səmıədpaşa oğlu 07.07.1975-ci ildə Şamaxı qəzasının birinci Çaylı kəndində anadan olmuş,Çaylı kənd orta məktəbi bitirmiş,1994-cü ilin fevral ayının 4 də Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. birinci Çaylı kənd tam orta məktəbi şəhid K,Səmədovun adına verilmişdir. Cəmi 18 il 6 ay 24 gün ömür sürmüş şəhid qardaşımıza Allahdan qəni- qəni rəhmət diləyirik. Qəbri nurla dolsun, məkanı cənnət olsun.
Füzulidə şəhid oldu beləcə
Hər kəsə deyildi şəhidlik qismət
Qəlbimizə sevgi doldu beləcə
Şəhid Səmədovun şərəfli adi
Kənddəki məktəbin adına dondü
Kamildə tanrıya doğru ucaldi
Cənnətin tamına dadına döndü
Fevralda hər tərəf olmuşdur çılpaq,
Nə xəzəl var idi, nə bir yarpaq...
Qucağına aldı o qara torpaq
On səkkiz yaşında şəhid Kamili
Kimsə gələ bilməz şəhidlərə tən
Zirvəni anlamaz hər yoldan ötən
Unutmaz bu torpaq, unutmaz bu Vətən,
On səkkiz yaşinda şəhid Kamili
Şəhidi Tanrıda, mələkdə bəslər
Qədərdə, qismətdə, fələkdə bəslər...
Doğma el-obası ürəkdə bəslər
On səkkiz yaşında şəhid Kamili
Bir zaman Çaylını bürümüş yası
Heç kəs olmamışdır Tanrıya ası
Vətənçün böyütdü ata,anası,
On səkkiz yaşında şəhid Kamili.
Şamaxı rayonuBaş redaktor:Vahid İsmayılov
Facebook-da paylaş