Əsas Səhifə > MANŞET / Redaktor seçimi / REGİON / Cəmiyyət > Şamaxıda Şəhid Kamil Səmədovun anım tədbiri keçirilib.-FOTO
Şamaxıda Şəhid Kamil Səmədovun anım tədbiri keçirilib.-FOTO4-02-2022, 20:52 |
Şamaxı rayon birinci Çaylı kəndində şəhid Kamil Səmədovun anım mərasimi keçirilib. Azərbaycan Ordusunun əsgəri olan Kamil Səmədov ərazi bütövliyinin azad edilməsi üçün başlanan birinci Qarabağ savaşında şəhid olub. Şəffaflıq.az xəbər verir ki,mərasimində rayon RİH-nin məsul şəxsləri, K.Səmədov adına birinci Çaylı kənd tam orta məktəbin müəllim və şagirdləri şəhid ailələri, müharibə iştirakçıları, qazilər."Qarabağ qaziləri" İB-ın Şamaxı rayon üzrə nümayəndələri, Şəhidin məktəb yoldaşları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir öncə K.Səmədov adına birinci Çaylı kənd tam orta məktəbində başlayib. Mərasimdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.sonra məzarı ziyarət edilib,onun xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Şagirdlərin hazırladığı şeir kompazisiyaları ilə çıxış ediblər.Mərasimdə çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd ediblər.Çıxış edənlər şəhid K.Səmədovun göstərdiyi şücaətlərdən, qısa və şərəfli döyüş yollarından, onunla bağlı xatirələrindən danışıblar. Onlar prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını, onların göstərdikləri şücaətlərə görə qiymətləndirildiyini qeyd ediblər.Şəhid atası Səmədpaşa Şəmədov göstərdikləri diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayon rəhbərliyinə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Doğma kəndimiz Çaylinin igid şəhidlərindən biri dəyərlə andığımız Kamil Səmədovun Füzuli rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldiyi gündən 28 il ötür.O daima qəlbimizdə yaşayacaq və heç vaxt unudulmayacaq. Səmədov Kamil Səmıədpaşa oğlu 07.07.1975-ci ildə Şamaxı qəzasının birinci Çaylı kəndində anadan olmuş,Çaylı kənd orta məktəbi bitirmiş,1994-cü ilin fevral ayının 4 də Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. birinci Çaylı kənd tam orta məktəbi şəhid K,Səmədovun adına verilmişdir. Cəmi 18 il 6 ay 24 gün ömür sürmüş şəhid qardaşımıza Allahdan qəni- qəni rəhmət diləyirik. Qəbri nurla dolsun, məkanı cənnət olsun. Birinci Çaylı kəndinin gənc vətənpərvər şairi Ürvət Əfqanoğlunun şəhid Kamil Səmədova həsr etdiyi şeirini təqdim edirik. Səmədov Kamil Səmədpaşa oğlu Səmədov Kamil Füzulidə şəhid oldu beləcə Hər kəsə deyildi şəhidlik qismət Qəlbimizə sevgi doldu beləcə Şəhid Səmədovun şərəfli adi Kənddəki məktəbin adına dondü Kamildə tanrıya doğru ucaldi Cənnətin tamına dadına döndü Fevralda hər tərəf olmuşdur çılpaq, Nə xəzəl var idi, nə bir yarpaq... Qucağına aldı o qara torpaq On səkkiz yaşında şəhid Kamili Kimsə gələ bilməz şəhidlərə tən Zirvəni anlamaz hər yoldan ötən Unutmaz bu torpaq, unutmaz bu Vətən, On səkkiz yaşinda şəhid Kamili Şəhidi Tanrıda, mələkdə bəslər Qədərdə, qismətdə, fələkdə bəslər... Doğma el-obası ürəkdə bəslər On səkkiz yaşında şəhid Kamili Bir zaman Çaylını bürümüş yası Heç kəs olmamışdır Tanrıya ası Vətənçün böyütdü ata,anası, On səkkiz yaşında şəhid Kamili. Şamaxı rayonuBaş redaktor:Vahid İsmayılov Geri qayıt |