Şamaxı rayon Göylər kəndində Şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında taekvondo idman növü üzrə turnir keçirilmişdir.-FOTO

  Şamaxı rayon Gənclər və İdman idarəsi, Şamaxı Olimpiya Mərkəzi və Təhsil şöbəsi ilə birgə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq 30 mart 2019-cu il tarixində rayonun Göylər kənd tam orta məktəbinin idman zalında 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına Şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında taekvondo idman növü üzrə turnir keçirilmişdir.
 
Şəffaflıq.az bildirir ki,Yarışda aprel döyüşlərində Şəhid olmuş Göylər kənd sakini Elşən Səmədovun atası Səlim Səmədov, Şəhidin yaxın qohumları, Qarabağ müharibəsi veteranları, Göylər kənd sakinləri və idman ictimaiyyəti iştirak etmişdir. Tədbirdə həmçinin Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Olimpiya Mərkəzinin məsul işçisi Samir Ədilov, “Şəffaflıq” Müstəqil ictimai-siyasi –hüquqi qəzetinin baş redaktoru Vahid İsmayılov və taekvondo idman növü üzrə məşqçi müəllim Alxas Məmmədov da iştirak etdi.  Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək aprel döyüşlərində şücaət göstərmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda çanlarından keçən Şəhidllərimiz Elşən Səmədovun, Samir Kaçayevin və Nazim Zakaraliyevin qəhrəmanlığından danışdı. Sonra Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra “Şəffaflıq” Müstəqil ictimai-siyasi –hüquq qəzetinin baş redaktoru Vahid İsmayılov, Şamaxı Olimpiya Mərkəzinin məsul işçisi Samir Ədilov və 1993-cü ildə gedən Qarabağ döyüşlərində iştirak etmiş zabit Sabir Şabanov çıxış etdilər. Çıxışlar bitdikdən sonra Şamaxı rayonundan və ətraf rayonlardan dəvət olunmuş yeniyetmə taekvondoçular yarışmaya qatıldılar. Sonda qalib gəlmiş idmançılar Şamaxı rayon Gənclər və İdman idarəsinin və Şamaxı Olimpiya Mərkəzinin müvafiq diplomları və qiymətli hədiyyələri ilə təltif olundular.


















 

Vahid İsmayılov
Şəffaflıq.az
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}