Şamaxıda şəhid Qurbanov Rövşənin anım mərasimi,və xatirə bulağının açılışı olub. -FOTO/VİDEO

Şamaxıda 19 aprel şəhid Qurbanov Rövşən Bəybala oğlunun anım mərasimi,və xatirəsinə  inşaa  edilmiş bulağ komplekisinin açılışı olmuşdur.  
Şəffaflıq.az xəbər verir  ki, Şamaxı rayon birinci Çaylı kəndində aprel  ayının 19 aprel şəhid Qurbanov Rövşən Bəybala oğlunun anım mərasimi,və xatirəsinə  inşaa  edilmiş bulağ komplekisinin açılışı olmuşdur. 
 
 Mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin  məsul əməkdaşları,  şəhid ailələri, müharibə iştirakçıları, "Qarabağ Qaziləri" İB-ın üzvüləri, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri,Birinci Çaylı kəndinin Kamil Səmədov adına  tam orta məktəbin Müəllim və şagirdləri, şəhidin yaxınları iştirak ediblər, məzarını ziyarət edib, gül çələngi qoyublar.
Mərasimdə vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhidin adına inşaa edilmiş xatirə bulağının açılışında iştirak etmişlər.





 
Mərasimdə şəhidin ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmışdır.
Birinci Qarabağ müharibəsinidə şəhid olmuş Qurbanov Rövşən Bəybala oğlu. 
Qurbanov Rövşən Bəybala oğlu 1973 cü ildə okyabr ayının 9 da Şamaxı rayonnun birinci Çaylı kəndində Rəssam ailəsində dünyaya göz açmışdır.
Çaylı kəndində tam orta məktəbi yüksək qiymətlərlə bitirmiş və həvəskar rəssam olmuşdur.Əl işləri Respublika sərgilərində nümayiş etdirilmiş,fəxri fərmanlar və qramotlar almışdır. Birinci dərəcəli diplomla mükafatlandırılmışdır.Gələcək arzusu atası Bəybala müəllim kimi ali təhsilli rəssam olmaq idi.
1992 ci ildə ordu sıralarına getmiş,birinci Qarabağ savaşında bir sıra döyüşlərdə iştirak etmişdir.
1994 cü ildə aprelin 19 da Ağdərə yaxınlığında gedən döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Cəmi 20 il 6 ay 10 gün ömür sürmüş bu qeyrətli qardaşımızın əl işləri hazırda Şamaxı şəhər tarixdiyarşunaslıq muzeyində saxlanılır.
Bu gün onun ruhu şaddır ki,onun intiqamını öz qardaşı oğulları (Qurbanov Bəhrəm Bəhman oğlu və Qurbanov Bəhruz Hafiz oğlu ) tərəfindən alınmışdır.

Mərasimdə çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd ediblər.
Çıxış edənlər şəhidlərin göstərdiyi şücaətlərdən, qısa və şərəfli döyüş yollarından, onlarla bağlı xatirələrindən danışıblar. Onlar prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını, onların göstərdikləri şücaətlərə görə qiymətləndirildiyini qeyd ediblər.
Çıxış edən şəhid atası Bəybala Qurbanov göstərdikləri diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.
Möhtəşəm və dəmir yumruq qələbəmiz tarixi bir həqiqət oldu.
Operator: Məhərrəm Səmədov

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun!
Vahid İsmayılov.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}