Birinci Qarabağ müharibəsinidə şəhid olmuş Qurbanov Rövşən Bəybala oğlu.
Qurbanov Rövşən Bəybala oğlu 1973 cü ildə okyabr ayının 9 da Şamaxı rayonnun birinci Çaylı kəndində Rəssam ailəsində dünyaya gəlmişdir.
Çaylı kəndində tam orta məktəbi yüksək qiymətlərlə bitirmiş və həvəskar rəssam olmuşdur.Əl işləri Respublika sərgilərində nümayiş etdirilmiş ,fəxri fərmanlar və qramotlar almışdır.Birinci dərəcəli diplomla mükafatlandırılmışdır.Gələcək arzusu atası Bəybala müəllim kimi ali təhsilli rəssam olmaq idi.
1992 ci ildə ordu sıralarına getmiş,birinci Qarabağ savaşında bir sıra döyüşlərdə iştirak etmişdir.
1994 cü ildə aprelin 19 da Ağdərə yaxınlığında gedən döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Cəmi 20 il 6 ay 10 gün ömür sürmüş bu qeyrətli qardaşımızın əl işləri hazırda Şamaxı şəhər şəhidlər evində saxlanılır.
Bu gün onun ruhu şaddır ki,onun intiqamını öz qardaşı oğulları (Qurbanov Bəhrəm Bəhman oğlu və Qurbanov Bəhruz Hafiz oğlu ) tərəfindən alınmışdır.
Möhtəşəm və dəmir yumruq qələbəmiz tarixi bir həqiqət oldu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
...Bizə şəhid verdi dərdli Ağdərə,
Bəybala oğlu Qurbanov Rövşəni.
Şəhidim səslədi çəmən dağ,dərə,
Yığdı başımıza dumanı,çəni.
Dağıldı ellərə,obalara səs,
Rövşəndə bizimçün oldu müqəddəs...
İçində ağladı şəhidə hər kəs,
Çəkdi bu işidə başı Çaylımın.
Beləcə bağlandı ömür kitabı,
Torpağın da ona qalmadı tabı...
Gəlmədi Tanrıdan oğul cavabı,
Sızladı torpağı, daşı Çaylımın.
Rövşən deyə- deyə ağladı ana,
O gün sinəsini dağladı ana...
Gecə gündüz coşub çağladı ana,
Sulandı gözləri qaşı Çaylımın.
Arzular, xəyallar bir küncdə qaldı,
Çəmənlər,çiçəklər soldu saraldı...
Kəndimizin üstə bulud qaraldı,
Qoymadı quruya yaşı Çaylımın .
Facebook-da paylaş