Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatında VI tura yekun vurulub.


Həndbol üzrə kişi və qadınlar arasında 30-cu Azərbaycan çempionatında VI tura yekun vurulub.

Şəffaflıq.az -ın məlumatına görə, ikinci gündə daha 3 görüş keçirilib.

“AHF Arena” İdman Kompleksində təşkil olunan qadınların yarışında “Azəryol” “Gənclər Birliyi”nə aman verməyib. Rəqibini asanlıqla üstələyən “Azəryol” lider “Qarabağ”la 3 xallıq fərqi qoruyub.

Kişilərin çempionatında isə “Qarabağ” və “Azəryol” hesablarına növbəti 2 xalı yazdırıblar. Birincilər “Dinamo” üzərində qələbə sayəsində lider “Kür”lə aradakı xal fərqini 2-yə endiriblər.

Azərbaycan çempionatı
VI tur

Qadınlar
“Gənclər Birliyi” – “Azəryol” 5:57
Xal durumu: “Qarabağ” - 12, “Azəryol” - 9, “Kür” – 7, “İdman Akademiyası” - 6, “Bakı” – 2, “Gənclər Birliyi” – 0.

Kişilər
“Azəryol” - “Təhsil” 39:29
“Qarabağ” – “Dinamo” 48:32
Xal durumu: “Kür” - 10, “Bakı”, “Qarabağ” – 8, “Azəryol” - 6, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – 0.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}