İranda polis məntəqəsinə hücum nəticəsində 12 polis ölüb, 7 nəfər yaralanıb
İranın Sistan-Bəlucistan əyalətinin Rask qəsəbəsinə hücum nəticəsində 12 polis ölüb, 7-si yaralanıb. İranın Sistan-Bəlucistan əyalətinin Rask qəsəbəsində polis məntəqəsinə silahlı hücum nəticəsində 12 polis əməkdaşı ölüb. Şəffaflıq.az xəbər verir ki, məlumatı “Fars” agentliyi yayıb. Məlumata görə, hücumu “Çeyş-əl-Adl” qruplaşması həyata keçirib. Bildirilib ki, atışma nəticəsində silahlı qruplaşma üzvləri də itki verib. Bəluclar İran, Əfqanıstan və Pakistanla həmsərhəd ərazilərdə yaşayır. İranın təhlükəsizlik qüvvələri ilə bəluc silahlıları arasında tez-tez qarşıdurma olur. Etnik azlıq olan bəluclar milli hüquqlarının təmin olunmasını, həyat şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər.
Şəffaflıq.az xəbər verir ki, məlumatı “Fars” agentliyi yayıb.
Facebook-da paylaş