İranda türkmənlər və etnik bəluclar etiraza qalxdılar - FOTO/VİDEO


Sistan və Bəlucistan ətalətinin mərkəzi Zahidan şəhərində geniş etiraz aksiyası keçirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, aksiyanı dağıtmaq üçün sünnilərin Məkki məscidi ətrafına çox sayda xüsusi təyinatlı qüvvə cəlb edilib.

Bəluc fəalların verdiyi məlumata görə, şəhərə zirehli texnika yeridilib, onlarla snayper ətraf binaların damına yerləşdirilib.

Bununla yanaşı, əyalətin Rask şəhərində də nümayişlər təşkil edilib və hökumət əleyhinə şüarlar səsləndirilib.

Onlarla bəluc etirazçının həbs edildiyi, onların bir çoxunun həbs zamanı döyüldüyü üçün ağır yaralandığı bildirilib.

Eyni zamanda, İranın türkmənlərin kompakt yaşadığı Gülüstan əyalətinin Qalikeş şəhərində etiraz aksiyası keçirilib.

Nümayişçilər Sistan və Bəlucistan əyalətində etirazçılara qarşı repressiyaları pisləyib və aksiyaçılara dəstək ifadə ediblər.

Şəffaflıq.az



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}