Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin hökuməti BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmaq niyyətində deyil.
Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin hökuməti BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmaq niyyətində deyil. Şəffaflıq.az xəbər verir ki, bunu Mileyin xarici siyasət məsələləri üzrə müşaviri və gələcək xarici işlər naziri Diana Mondino deyib. "Argentina BRİCS-ə qoşulmayacaq", - o, “X” sosial şəbəkəsində (keçmiş tviter) yazıb. Noyabrın 19-da Argentinada prezident seçkilərinin ikinci turu keçirilib. Sağçı “Azadlıq gəlir” koalisiyasından namizəd olan libertar deputat Miley iqtisadiyyat naziri Serxio Massanı məğlub edib.
Xəbəri paylaş
Facebook-da paylaş