Çelenc Kuboku: Azərbaycan təmsilçisi ilk oyunda məğlub olub


Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” Çelenc kubokunda növbəti oyununu keçirib.

Şəffaflıq.az -ın məlumatına görə, Şuşa təmsilçisi 1/16 finalda ilk matçına çıxıb.

Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Bakıda Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılaşma qonaqların 3:0 (25:20, 25:17, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.

Afina təmsilçisi ilə cavab görüşü noyabrın 29-da Yunanıstanda reallaşacaq.

Qeyd edək ki, “Xarı Bülbül” Çelenc kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}