Əsas Səhifə > İdman > Çelenc Kuboku: Azərbaycan təmsilçisi ilk oyunda məğlub olub
Çelenc Kuboku: Azərbaycan təmsilçisi ilk oyunda məğlub olub21-11-2023, 22:28 |
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” Çelenc kubokunda növbəti oyununu keçirib. Şəffaflıq.az -ın məlumatına görə, Şuşa təmsilçisi 1/16 finalda ilk matçına çıxıb. Ziya Rəcəbovun baş məşqçisi olduğu kollektiv Bakıda Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq qarşılaşma qonaqların 3:0 (25:20, 25:17, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb. Afina təmsilçisi ilə cavab görüşü noyabrın 29-da Yunanıstanda reallaşacaq. Qeyd edək ki, “Xarı Bülbül” Çelenc kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1). Geri qayıt |