Türkiyənin XİN rəhbəri Qahirədə keçiriləcək Qəzza sammitində iştirak edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 21-də Qahirədə keçiriləcək Yaxın Şərq sammitində iştirak edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “X” hesabında qeyd olunub. Görüşdə bir çox ölkələrin dövlət və hökumət başçıları iştirak edəcək. Rəsmilər Qahirədə Qəzzadakı hadisələri və Fələstinlə İsrail arasında sülh prosesini müzakirə edəcəklər.
Xəbəri paylaş
Facebook-da paylaş