Vergilər Nazirliyi: Özəl tibb müəssisələrində bir sıra qanun pozuntularına rast gəlinib
Nazirliyin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu barədə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov deyib.
X.İsgəndərov nəzərə çatdırıb ki, ilkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77 faizində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 51 faizində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61 faizində isə pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib.
AZƏRTAC
Facebook-da paylaş