Rusiyanın Estoniya ilə həmsərhəd şəhərinə dron hücumu olub, 4 hərbi təyyarə vurulub - YENİLƏNİB
Rusiyanın Pskov vilayətinin aerodromuna dron hücumu nəticəsində 4 hərbi təyyarə vurulub. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Pskovda hərbi aerodroma dron hücumundan sonra dörd İl-76 təyyarəsi zədələnib", - agentlik fövqəladə xidmətlərə istinadən bildirib. Eyni zamanda, regionun qubernatoru Mixail Vedernikov Rusiyanın Pskov şəhərinin hava limanına dron hücumu olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə məlumat teleqramın Rusiya seqmentində yayılıb. Bildirilib ki, aeroporta dron hücumu zamanı 2 təyyarə zədələnib. Olayla bağlı rəsmi məlumat yayılmayıb. Dron hücumunun davam etdiyi bildirilir: bölgədəki hərbçilər hücumu HMM və atıcı silahlarla dəf etməyə çalışırlar. Qeyd edək ki, sözügedən hava limanı Estoniyadan 35 km, Ukraynadan isə təqribən 700 km məsafədə yerləşir.“Report”
Facebook-da paylaş