Əsas Səhifə > REGİON > Rusiyanın Estoniya ilə həmsərhəd şəhərinə dron hücumu olub, 4 hərbi təyyarə vurulub - YENİLƏNİB

Rusiyanın Estoniya ilə həmsərhəd şəhərinə dron hücumu olub, 4 hərbi təyyarə vurulub - YENİLƏNİB


30-08-2023, 07:42

Rusiyanın Pskov vilayətinin aerodromuna dron hücumu nəticəsində 4 hərbi təyyarə vurulub.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə

TASS məlumat yayıb.

"Pskovda hərbi aerodroma dron hücumundan sonra dörd İl-76 təyyarəsi zədələnib", - agentlik fövqəladə xidmətlərə istinadən bildirib.

Eyni zamanda, regionun qubernatoru Mixail Vedernikov

teleqramda rusiyalı hərbçilərin dron hücumunu dəf etməyə çalışdığını açıqlayıb.

01:29

Rusiyanın Pskov şəhərinin hava limanına dron hücumu olub.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə məlumat teleqramın Rusiya seqmentində yayılıb.

Bildirilib ki, aeroporta dron hücumu zamanı 2 təyyarə zədələnib.

Olayla bağlı rəsmi məlumat yayılmayıb. Dron hücumunun davam etdiyi bildirilir: bölgədəki hərbçilər hücumu HMM və atıcı silahlarla dəf etməyə çalışırlar.

Qeyd edək ki, sözügedən hava limanı Estoniyadan 35 km, Ukraynadan isə təqribən 700 km məsafədə yerləşir.“Report” 


Geri qayıt