Kanada Rusiyanın 29 şirkətinə qarşı sanksiya tətbiq edib
Kanadanın Baş naziri Castin Trüdo Ukraynanın “Krım Platforması” forumunda çıxışı zamanı Rusiyanın hərbi, sənaye, maliyyə və nüvə sektorunda fəaliyyət göstərən 4 fiziki və 29 hüquqi şəxsin ölkənin sanksiya siyahısına daxil edildiyini açıqlayıb. Şəffaflıq.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Trüdo konkret olaraq sanksiyaların kimə qarşı tətbiq olunduğunu açıqlamayıb. Konkret məlumatların daha sonra dərc olunacağı gözlənilir.
Xəbəri paylaş
Facebook-da paylaş