Əsas Səhifə > REGİON > Kanada Rusiyanın 29 şirkətinə qarşı sanksiya tətbiq edib

Kanada Rusiyanın 29 şirkətinə qarşı sanksiya tətbiq edib


23-08-2023, 19:17

Kanadanın Baş naziri Castin Trüdo Ukraynanın “Krım Platforması” forumunda çıxışı zamanı Rusiyanın hərbi, sənaye, maliyyə və nüvə sektorunda fəaliyyət göstərən 4 fiziki və 29 hüquqi şəxsin ölkənin sanksiya siyahısına daxil edildiyini açıqlayıb.

Şəffaflıq.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Trüdo konkret olaraq sanksiyaların kimə qarşı tətbiq olunduğunu açıqlamayıb.

Konkret məlumatların daha sonra dərc olunacağı gözlənilir.



Geri qayıt