Qazaxıstanın Karaqanda vilayətində iki avtomobilin toqquşması nəticəsində 9 nəfər ölüb.


Qazaxıstanın Karaqanda vilayətində iki avtomobilin toqquşması nəticəsində 9 nəfər ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Balxaş polis idarəsinin rəisi Aytken Kadrin bildirib ki, “Toyota Camry 70” və “Honda Odyssey” markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 9 nəfər hadisə yerində dünyasını dəyişib, bir sərnişin tibb müəssisəsinə yerləşdirilib.

Faktla bağlı ibtidai istintaq başlayıb və müvafiq ekspertizalar təyin edilib. İlkin məlumata görə, “Toyota Camry”nin sürücüsü sükan idarəetməsini itirərək qarşıdakı zolağa çıxıb və “Honda Odyssey” ilə toqquşub.

“Toyota Camry”də 4 nəfərlik ailə olub, onlardan üçü ölüb, 2005-ci il təvəllüdlü qız xəstəxanaya yerləşdirilib. Digər nəqliyyat vasitəsində olan 6 nəfər ölüb. “Report”


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}