Olimpiya çempionuna vəzifə verildi - FOTO
Sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu, dünya çempionatının mükafatçısı Toğrul Əsgərovun gözlənilən təyinatı baş tutub. Prosport.Az-ın xəbərinə görə, 30 yaşlı idmançı trikosunu çıxararaq məşqçiliyə başlayıb. O, qızlardan ibarət U-17 və U-20 millilərimizə böyük məşqçi təyin olunub. Əslində demək olar ki, o çoxdan bu vəzifəni icra edirdi. Sadəcə, təyinat yenicə rəsmiləşib. Qeyd edək ki, T. Əsgərov hazırda həmin millilərlə Göygöldə təlim-məşq toplanışında iştirak edir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş