Bakıda 85 yaşlı kişi faciəli şəkildə öldü
Bakıda 85 yaşlı kişi eyvandan yıxılaraq ölüb. “Report” xəbər verir ki, paytaxt sakini, 1938-ci il təvəllüdlü Kamil Cəbiyev ötən gün yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıqdan yerə yıxılıb. Nəticədə aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində ölüb. Hazırda fakt üzrə araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş