Əsas Səhifə > Cəmiyyət > Bakıda 85 yaşlı kişi faciəli şəkildə öldü

Bakıda 85 yaşlı kişi faciəli şəkildə öldü


3-06-2023, 11:36


Bakıda 85 yaşlı kişi eyvandan yıxılaraq ölüb.

“Report” xəbər verir ki, paytaxt sakini, 1938-ci il təvəllüdlü Kamil Cəbiyev ötən gün yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıqdan yerə yıxılıb.

Nəticədə aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində ölüb.

Hazırda fakt üzrə araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt