Mahir Emreli Xorvatiyaya qayıdacaq
İcarə əsasında Türkiyənin “Konyaspor” klubunda çıxış edən Mahir Emreli mövsümün sonunda müqavilə ilə məxsus olduğu Xorvatiya “Dinamo”suna qayıdacaq. Zaqreb təmsilçisinin baş məşqçisi İqor Bişçan azərbaycanlı hücumçunu sərəncamında görmək istəyir. Onun yayda göndərəcəyi futbolçuların arasında Mahirin adı yoxdur. Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Zaqreblilər onu mövsümün sonuna kimi “Konyaspor”a icarəyə veriblər. Mənbə: vecernji.hr Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş