Qurban Qurbanov: “Çox aqressiv deyildim”


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXII turunda “Neftçi”dən qarşı səfər oyununu şərh edib.

Şəffaflıq.az xəbər verir ki, təcrübəli mütəxəssis 4:2 hesablı qələbə qazandıqları matçdan sonra təşkil edilən mətbuat konfransında bunları deyib:

“Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Həm sayları, həm səsləri futbolçulara kömək oldu. Oyun da onların istədiyi kimi alındı. Qələbə qazanmağı çox istəyirdik. Nəticəni nəzərə almasaq və oyunu analiz etsək, 90 dəqiqə temp aşağı düşmədi. Baxmayaraq ki, “Neftçi” azlıqda qalmışdı. 90 dəqiqə xeyli qol epizoduz oldu. Sona kimi “Neftçi” məğlub olmaq istəmədi. Hər iki komandanın futbolçuların təşəkkür edirəm ki, belə bir matç oldu. Qarşıdakı oyunlara hazırlaşmağa çalışacağıq”.

51 yaşlı çalışdırıcı qapılarına təyin olunan penalti epozidunda hakimlərə etiraz etməsinin səbəbini açıqlayıb:

“Çox aqressiv deyildim. Soruşurdum, deyirdi ki, təzə qanunlar var. Hər xırda epizodda penalti, cərimə zərbəsi versə... Bəzən olub hakimlərə fikirlərimi bildirmişəm. Onların əlində o qədər qanunlar var ki, nə qədər də desən, doğrunu göstərəcəklər. Bəsit epizodlarda sarı vərəqələr olub. Belə matçlar aqressiv keçir. Yeni qaydalar olduğunu deyirlər. Bir az narazılığını bildirdim”.

Faiq Tahirov


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}