Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb
Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları üç ədəd “Toz” markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib. Fakt üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş