“Patı” satan daha 4 nəfər saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, şüşə kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rövşən Mirzəyev Liman şəhəri ərazisində narkotik vasitə heroini satarkən saxlanılıb və üzərindən əlavə olaraq 4 bükümdə psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə R.Mirzəyevə həmin psixotrop maddəni Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Ələsgər Kəlbizadənin satdığı müəyyən olunub. Ə.Kəlbizadənin yaşadığı evin zirzəmisindən 1 kiloqram 43 qram heroin, 512 qram “patı”, “şüşə” kimi tanınan metamfetamin aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rakif Əliyev və Vaqif Mirzəyev saxlanılıblar. Onların üzərindən satış məqsədilə saxladıqları ümumilikdə 14 bükümdə heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}