Əsas Səhifə > Cəmiyyət > Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb


1-05-2023, 13:46


Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları üç ədəd “Toz” markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Fakt üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.


Şəffaflıq.az


Geri qayıt