Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır.MARAQLI
"Azərbaycanda avtomobillərdə ən çox yanacağın keyfiyyətsiz olması ilə bağlı problemlər yaranır".
"Maşınlarda əmələ gələn nasazlıqlar hansısa mühitlə əlaqədardır. Azərbaycanı digər ölkələrdən fərqləndirən məsələlərdən biri də yanacağın keyfiyyətinin aşağı olmasıdır. Bu səbəbdən də maşınlarda nasazlıqlar yaranır. Bu, dizel yanacağı ilə işləyən maşınlara daha çox ziyan vurur. Səhv yanacaq seçimi ilə də maşınlarınıza zərər vurmuş olursunuz. Məsələn, yüksək güclü turbo mühərrikə bəzən "A-92" yanacağından istifadə edilir. Bu da qısa müddətdə mühərrikin sıradan çıxmasına gətirib çıxarır. Əvvəl maşınlar üçün xarakterik olan pozulmalar işlək hissələrin nasazlığı idi. Bu da yolların bərbad vəziyyətdə olması ilə bağlıdı. Bu nasazlıqlar indi demək olar ki, azalıb. Bundan əlavə, ən çox rast gəlinən problemlər ustaların səriştəsizliyi sayəsində meydana gəlir. Bəzən ustalar düzgün diaqnoz qoymur, düzgün təmir etmir, ona görə də maşında problemlər yaranır. Ya da qəsdən edirlər ki, bir daha müraciət edəsiniz. Ustanızı düzgün seçin. Sizi aldatmasın.
Facebook-da paylaş
