Dükanlarda satılan yuyulmuş tərəvəzləri almayın! - Xəbərdarlıq

 


Son zamanlar dükan və bazarlarda tez-tez təmiz, yuyulmuş tərəvəzləri görürük.

Əksəriyyətimiz məhz belə tərəvəzləri almağa üstünlük veririk. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, belə tərəvələr orqanizmə ziyan vurur.

Kartof, kök, çuğundur, turp və s. bu kimi tərəvələrin üzərində olan torpaq onları xarab olmaqdan qoruyur. Qida mütəxəssisləri ev şəraitində belə sadə eksperiment aparmağa təklif edir – bir neçə kartof və ya kökü yuyun və belə saxlayın. Az bir müddətdən sonra siz görəcəksiniz ki, onlar xarab olmağa başlayıb. Yuyulmamış çirkli tərəvəzlər isə uzun müddət ərzində təzə qalır.

Sual yaranır: bəs niyə dükan və bazarlarda satılan yuyulmuş tərəvəzlər uzun müddət ərzində xarab olmur?

Rusiya KİV-ləri bildirir ki, satışda olan belə tərəvəzlərin yuyulması zamanı suya tərkibində xlor və digər agressiv kimyəvi maddələr olan xüsusi vasitələr əlavə olunur. Nəticədə tərəvəzlər həm təmizlənir, həm də onların istifadə müddəti xeyli artır. Lakin bu sağlamlığımız üçün heç də faydalı deyil. Kimyəvi maddələrin bir hissəsi tərəvələrə hoparaq orqanizmə daxil olur və onu zəhərləyir.

Beləliklə, yuyulmuş, par-par parıldayan tərəvəzlər nə gədər cəlbedici görünsə də, üzərində torpaq olan çirkli tərəvələrə üstünlük verin. Hər parıldayan qızıl deyil... \\Saglamolun.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}