Xərçəngin qarşısını alan tərəvəz tapıldı - Hər gün yeyin

 Alimlər xərçəng şişlərinin qarşısını ala bilən meyvə-tərəvəzlərin üzərində eksperimentlərini davam etdirir.
Şəffaflıq.az medicina.az-a istinadən bildirir ki, Oqayo Universitetinin alimləri son təcrübələrində belə nəticəyə gəliblər ki, hamıya yaxşı tanış olan pomidor - tomat onkologiyaya qarşı vasitədir.
Siçanlar üzərində aparılmış eksperimentdə onları ultrabənövşəyi şüalarla şüalandırmış, daha sonra qidalarına pomidor tozu qatmışlar.
Nəticələr göstərib ki, qidasında pomidor olan siçan qrupunda şişlər 50% azalmışdır.
Digər pomidorsuz qalan qrupda isə şişlər böyümüşdür.
Analizlər göstərib ki, xərçəngə qarşı təsirli olan maddə pomidorun tərkibində olan karotinoidlərdir.
Məhz bu maddə tərəvəzi al qırmızı rəngə boyayır. Bu maddə insanın dərisinin altında toplanaraq, ultrabənövşəyi şüaları udur.
Eləcə də pomidorda olan likolin də xərşəngin profilaktikasında müsbət təsir edir.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}