Qanımızı necə durulda bilərik?
Şəffaflıq.az Azərtac-a istinadla qanı durulaşdıran bitkiləri və onların faydalı xüsusiyyətlərini təqdim edir.
Məkkəgülü – həm qanı duruldur, həm də qan təzyiqini aşağı salır. Onun yeməkdən sonra içilməsi məsləhətdir.
Sofora – müalicə üçün bitkinin qönçələrindən istifadə olunur, əsas təsiredici maddəsi rutindir. Bu maddə damarların mənfəzinə yığılmış yağ və lipidləri təmizləyir.
Öksəotu – parazit bir bitkidir, ağacların gövdəsi üzərində bitir, onların hesabına qidalanır və ağacı qurudur. Təzyiqi çox təsirli şəkildə aşağı salır, kapilyar damarların keçiriciliyini yaxşılaşdırır.
Nanə – həm yaxşı əsəb sakitləşdirici, həm də qandurulaşdırıcı vasitədir. Dəmləməsinin xoş ətri əhvalı yaxşılaşdırır,
Zəncəfil – hər gün istifadə edilməsi lazım olan bitkidir. Təzə zəncəfil kökündən istifadə etmək daha yaxşıdır. Kökdən qoz böyüklükdə hissə kəsilir, qabığı soyulur, 20 qəpiklik boyda doğranır, 3 stəkanlıq termosda dəmlənir və gündə 3 dəfə içilir. Əlləri və ayaqları soyuq olanlar, şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır.
Sarıkök – dağılmış qaraciyər hüceyrələrini bərpa edir. Gündə iki dəfə 1 çay qaşığı sarıkök tozu 1 stəkan qaynar suda həll edilərək içilir.
Udi-hindi – qan durulducu və iltihab əleyhinə təsir göstərən güclü vasitədir. Gündə iki dəfə 1 çay qaşığı üyüdülmüş toz 1 stəkan qaynar suda həll edilir, 1 çay qaşığı bal əlavə edilərək içilir.
Biyan kökü – halsız xəstələri sürətlə sağlamlaşdırır, bütün növ bronxitlərdə və qan laxtalanmasında faydalı təsir göstərir.
Sarımsaq – qandurulducu təsiri çox güclüdür, təzyiqi aşağı salır, bədəni virus xəstəliklərindən qoruyan ən yaxşı vasitədir.
Limon – həm qandurulducu, həm də damar elastikliyini artıran vasitədir, tərkibi C vitamini ilə zəngindir.
Hicama (qan almaq) olunmaq orqanizmi yeniləyir, dəri altındakı tromblarla zəngin çirkli qanı bədəndən xaric edir və yerinə oksigenlə zəngin təzə qan gəlir, bununla da qanı durulaşdırır.
Zəli – zəlinin ağız suyunda hirudin və ona bənzər 105 maddə tapılıb ki, bunların əksəriyyəti qanı durulaşdırır, trombları əridir, hətta tutulmuş qan damarlarını açır, qan dövranını bərpa edir.
Facebook-da paylaş