Boşanmış kişilərdə bu xəstəliklər çox yaranır - Qocaldıqca əqli gerilik riski artır
Şəffaflıq.az medicina.az-a istinadən bildirir ki, bunu ABŞ alimləri yeni başa vurduqları elmi araşdırmanın nəticələrində açıqlayıblar.
Miçiqan Universitetinin sosioloqları 15.000 kişi və qadının məlumatlarını analiz ediblər. 2000-ci ildə onlarln 50-53 yaşı var idi və heç birində demensiya əlamətləri yox idi.
Hər 2 ildən bir bu insanların yaddaşı, əqli, intelektual bacarıqlarını yoxlayıblar.
14 ildən sonrakı nəticələr göstərib ki, bu qədər insanın içində boşanmış, ayrılmış, qanuni nikahda olmayan, heç vaxt evlənməyən kişilərdə yaşlanma ilə bağlı demensiya riski və pozulmalar evli olanlara nisbətən daha çoxdur.
Bundan öncə də alimlər boşanmış kişilərin daha çox intihara və cinayətə meyilli olduğunu, 45 yaşdan tez boşananlarda impotesiya və prostatit xərçənginin daha çox rast gəlindiyini, boşanmış kişilərin ürək tutmasından daha çox hallarda və ilk yardım edənlərinin az olması səbəbindən xilas şansının az olması barədə də müxtəlif açıqlamalar etmişdilər.
Facebook-da paylaş