Hafizəni gücləndirməyin yolu tapıldı
ŞƏFFAFLIQ.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "EurekAlert!" nəşrində press-reliz dərc olunub.
Tədqiqatda 454 yaşlı insan iştirak edib. Onlardan 191-i demensiyadan əziyyət çəkib. Bütün könüllülər 20 il ərzində fiziki güc, həmçinin, hafizə və koqnitiv bacarıqlarla bağlı testlərdən keçib. Sınaqda iştirak edən hər bir şəxs ölümündən sonra beyninin bir hissəsini tədqiqatlar üçün ianə etməyə razılaşıb. Orta ölüm yaşı 91 olub.
Ölümündən bir neçə il əvvəl hər bir könüllü biləyinə taxdığı xüsusi akselometrlə təchiz olunub. Cihaz mütəmadi olaraq istənilən səviyyədə aktivliyi ölçüb. Qeydə alınan göstəricilər əsasında tədqiqatçılar gündəlik aktivliyin orta səviyyəsini qiymətləndirib.
Məlum olub ki, oturaq həyat tərzi keçirən insanlarda demensiya hallarına daha çox rast gəlinib və onlar hafizə və düşünmə ilə bağlı testlərdə daha pis nəticə veriblər.
Fikizi aktivlik səviyyəsinin artımı demensiya riskini 31 faiz aşağı salıb. Tez-tez hərəkət edən insanlar daha yaxşı motor bacarıqlara malik olub və belə insanlarda demensiya riski 55 faiz daha aşağı olub.
Alimlər belə nəticəyə gəlib ki, fiziki tapşırıqlar, həqiqətən, beynin sağlamlıq səviyyəsini yaxşılaşdırır, hafizəni gücləndirir.
ŞƏFFAFLIQ.Az
Facebook-da paylaş