Şarl Lekler: “Azərbaycanda ən çətin yarışlardan biri olacaq”
“Azərbaycanda ən çətin həftəsonlarından biri olacaq”. Şəffaflıq.az xəbər verir ki, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” pilotu Şarl Lekler Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib. 26 yaşlı sürücü mövsümün qalan hissəsində müsbət nəticələrə ümid etdiyini söyləyib: “Üç həftəlik fasilədən sonra şəhər trekində, sadəcə, bir sərbəst yürüşün olması çətinlik yaradacaq. Amma bunu səbirsizliklə gözləyirəm. Təmiz yarış keçirməyə çalışmalıyıq”. Qeyd edək ki, bu gün “Formula-1”də sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. Bakıda Qran-prinin əsas yarışı aprelin 30-da baş tutacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş