Əsas Səhifə > İdman > Şarl Lekler: “Azərbaycanda ən çətin yarışlardan biri olacaq”

Şarl Lekler: “Azərbaycanda ən çətin yarışlardan biri olacaq”


28-04-2023, 11:04


“Azərbaycanda ən çətin həftəsonlarından biri olacaq”.

Şəffaflıq.az  xəbər verir ki, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” pilotu Şarl Lekler Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

26 yaşlı sürücü mövsümün qalan hissəsində müsbət nəticələrə ümid etdiyini söyləyib:

“Üç həftəlik fasilədən sonra şəhər trekində, sadəcə, bir sərbəst yürüşün olması çətinlik yaradacaq. Amma bunu səbirsizliklə gözləyirəm. Təmiz yarış keçirməyə çalışmalıyıq”.

Qeyd edək ki, bu gün “Formula-1”də sərbəst yürüş və sıralama turu gerçəkləşəcək. Bakıda Qran-prinin əsas yarışı aprelin 30-da baş tutacaq.

Şəffaflıq.az 


Geri qayıt