Finlandiya hökuməti istefaya getdi
Finlandiyanın baş naziri Sanna Marin hökumətin istefasını respublika Prezidenti Sauli Niinistöyə təqdim edib. Marin hökuməti parlament seçkilərində baş nazirin rəhbərlik etdiyi partiyanı itirdikdən sonra istefaya gedib. O, yeni kabinet təyin olunana qədər müvəqqəti hökumətin texniki vəzifələrini yerinə yetirəcək. Seçkilərdə qalib gələn müxalif mühafizəkar Milli Koalisiya Partiyasının rəhbərliyi ilə gələn həftə yeni hökumətin qurulmasına başlanacaq. Mənbə: TASS Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş