Bərdədə kişi qadını kafedə qətlə yetirdi
Bərdədə qadın bıçaqlanıb. Bu barədə Bərdə Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, martın 30-u axşam saat 12 radələrində Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1984-cü il təvəllüdlü Şirxan İmanovun Bərdə rayonunda yerləşən kafelərdən birində Günay Ələkbərovaya bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. Şəffaflıq.az
Facebook-da paylaş