Əsas Səhifə > Hadisə > Bərdədə kişi qadını kafedə qətlə yetirdi

Bərdədə kişi qadını kafedə qətlə yetirdi


30-03-2023, 11:26


Bərdədə qadın bıçaqlanıb.

Bu barədə Bərdə Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, martın 30-u axşam saat 12 radələrində Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırma zamanı 1984-cü il təvəllüdlü Şirxan İmanovun Bərdə rayonunda yerləşən kafelərdən birində Günay Ələkbərovaya bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt