Şəhid Şirxan Xaməmmədovun cənnətdəki döğum günü ilə bağlı anım tədbiri keçirilib


44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalananlardan biri də kəşfiyyatçı Şirxan Xaməmmədovdur.





 

Qəhrəmanımız 1998-ci ildə Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub.  22 yaşlı Şirxan uşaqlıqdan hərbçi olmaq istəyib və ailəsinin dəstəyi ilə o öz arzusuna çatıb.

Vətən müharibəsinin ilk günlərindən vuruşan Şirxan Xaməmmədov Şuşa istiqamətindəki döyüşlərə qədər qəhrəmancasına vuruşaraq 30 ilə yaxındır düşmən işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad edib.
Oğlu ilə bağlı son xatirələrini Şəffaflıq.az-a danışan Xanməmməd Xaməmmədov onunla fəxr etdiyini deyir.
Şəhid  Şirxan ailənin tək övladı olub:

Vətən müharibəsinin ilk günlərindən vuruşan Şirxan Xaməmmədov Şuşa istiqamətindəki döyüşlərə qədər qəhrəmancasına vuruşaraq 30 ilə yaxındır düşmən işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad edib.
“Əsgər yoldaşları danışır ki, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər çox ağır olub. Şuşada Qırmızı Bazar adlanan ərazi var, orada erməni yaraqlıları ilə əlbəyaxa döyüşlər olub. Əsgərlərimiz neçə erməni əsgərini boğub öldürüb. Oğlumla bərabər döyüşən əsgər danışır ki, Şirxan məhz o qarşıdurmada şəhid olub. Düşmən snayperi igid oğlumu gözündən vurub”.

“Oğlum uşaq vaxtından hərbçi olmaq istəyib. Arzusunu da gerçəkləşdirib. Komandirləri danışır ki, mərd, igid əsgər olub. Oğlum cəsarəti ilə hər kəsdən seçilirdi. Mən balamla fəxr edirəm. Əsgər yoldaşları danışır ki, Şirxan tək başına 30-a yaxın ermənini məhv edib. Oğlum Xüsusi təyinatlılarda snayper olub. Əsgər yoldaşlarının bir neçəsinin həyatını xilas edib. Komandiri deyir, cəld əsgər olub. Oğlumu təkrar görmək, qələbə sevincini onunla yaşamaq nəsib olmadı, amma bütün xalqımız şəhidlərimizlə qürur duyur. Elə də mən. Allah bütün şəhidlərə rəhmət eləsin”.
“Şuşada əlbəyaxa döyüş zamanı snayperlə gözündən vurublar oğlumu”
Şəhidin atası X.Xaməmmədov deyir ki, Şirxan çox güclü oğlan idi:

Şəhidin anası Sahibə Xaməmmədova isə 13 aydan çoxdur ki, oğlunu görmək həvəsi ilə yaşadığını deyir:
“Müharibənin bitməsini gözləyirdim. Balam tez-tez zəng də etmirdi ki, səsini eşidim. 13 ay tək övladımın üzünə, qoxusuna həsrət qaldım. Mən oğlum üçün nə xəyallar qururdum, evimin, ocağımın nuru idi. Arzusu idi ki, şəhidlik zirvəsinə ucalsın. Balamla bağlı xəyallarım ürəyimdə qaldı, amma Allah balamı ürəyindəki arzusuna çatdırdı. Oğlum şəhid olub üçrəngli bayrağa bükülüb son dəfə evinə gəldi. Uşağımın yoxluğuna dözə bilmirəm, amma onunla fəxr edirəm. Şirxan kimi oğulun anası olduğum üçün qürur duyuram”.

Allah rəhmət eləsin!
Şirxan Xaməmmədov 1998-ci il fevralın 9-da Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub.[1]
2004-2015-ci illərdə G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbində təhsil alıb.
Subay idi.

Şirxan Xaməmmədov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.
2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şirxan Xaməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Zəngilan, XocavəndŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi iştirak edib.
Şirxan Xaməmmədov noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Məlikçobanlı kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şirxan Xaməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şirxan Xaməmmədov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şirxan Xaməmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}